...

Azərbaycanda 3 turizm şirkətinə lisenziya verildi

Cəmiyyət Materials 17 Aprel 2013 17:56 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 3 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib, 1 turizm şirkətinin isə lisenziyası dayandırılıb.
Azərbaycanda 3 turizm şirkətinə lisenziya verildi

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 3 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib, 1 turizm şirkətinin isə lisenziyası dayandırılıb.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, "İntur" MMC (hüquqi ünvanı: Bakı şəhəri, A.Zeynallı küçəsi, ev 51/4), "Magellan Travel" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Əliağa Vahid küçəsi, ev 13, mənzil 25) və "İntourist Travel" MMC-yə (hüquqi ünvanı: Bakı şəhəri, B.Nuriyev küçəsi 46, mənzil 2) lisenziya verilib.

Azərbaycan Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.1-ci bəndi rəhbər tutularaq, "AQ Horizont Travel" MMC-yə (hüquqi ünvanı: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 1) turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziya) fəaliyyəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti