...

Konstitusiya Məhkəməsi aidiyyətlə bağlı daha bir qərar qəbul etdi

Cəmiyyət Materials 18 Aprel 2013 11:36 (UTC +04:00)
Şəki Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Konstitusiya Məhkəməsi aidiyyətlə bağlı daha bir qərar qəbul etdi

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.Bağırov/

Konstitusiya Məhkəməsi Mülki Prosessual Məcəllənin (MPM) 30-cu maddəsinə şərh verib.

Şəki Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Məcəllənin 30-cu maddəsində göstərilib ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.

MPM-dən fərqli olaraq, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir.

Beləliklə, fərqli məhkəmə yurisdiksiyasına aid tələblərin normativ qaydada birləşdirilməsi və tələblərə ümumi məhkəmədə baxılması müxtəlif ziddiyyətli fikirlər yaradır. Məhz buna görə, müraciət edən bir-biri ilə bağlı olub ümumi və inzibati-iqtisadi məhkəmələrə aid olan bir neçə tələbin ümumi məhkəmələrdə baxıla bilməsinin mümkünlüyü baxımından MPM-in 30-cu maddəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin bununla bağlı qəbul etdiyi qərarda qeyd olunur ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə uyğun həll edilməlidir.

İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti