...

Ümumdünya Turizm Təşkilatı: Azərbaycan üçün turizm sahəsi cox prioritet istiqamətdir

Cəmiyyət Materials 22 Aprel 2013 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan üçün turizm sahəsi cox prioritet istiqamətdir və bu sahənin inkişafı üçün əməkdaşlığımız davam edəcək. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının (ÜTT) üçüncü BMÜTT İpək Yolu İşçi Qrupunun toplantısında ÜTT-nin icraçı diektoru Zolman Şomoqi deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycana 2 milyondan cox tuistin gəlməsi də ölkə üçün turizm sahəsinin cox vacib olduğunu bir daha sübut edir.

ÜTT-nin dəstəyi ilə Azərbaycanda bir cox tədbirlər həyata keçirdiklərini deyən Şomoqi Avropa Olimpiya Oyunlarının Azərbaycana keçirilməsinin də cox mühüm hadisə olduğunu söyləyib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu tədbir İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilir.

Nazir İpək Yolu üzərində yerləşən ölkələrin tarixin müxtəlif dönəmlərində qurub-yaşatdıqları iqtisadi, mədəni əlaqələrdən danışaraq bildirib ki, bu ənənənin yenidən davam etdirilməsi mədəni dəyərlərin öyrənilməsi və xalqlar arasında dostluq, həmrəylik əlaqələrinin inkişafı baxımından olduqca dəyərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti