...

Türkiyədə əhalinin 17 faizi piylənmədən əziyyət çəkir

Cəmiyyət Materials 26 Aprel 2013 12:36 (UTC +04:00)
Türkiyədə 15 yaşdan yuxarı əhalinin 17 faizi piylənmədən əziyyət çəkir.
Türkiyədə əhalinin 17 faizi piylənmədən əziyyət çəkir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyədə 15 yaşdan yuxarı əhalinin 17 faizi piylənmədən əziyyət çəkir. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin Statistika İnstitutu 2012-ci ilin yekunlarına dair öz saytında yerləşdirdiyi hesabatda bildirilir.

Məlumata görə, əhalinin 34,8 faizi artıq çəkidən əziyyət çəkir, 44,2 faizi normal faizə malikdir, 3,9 faizində isə çəki azlığı müşahidə olunur.

Qadınlar arasında piylənmədən əziyyət çəkənlər 20,9 faiz, artıq çəkidən isə təxminən 30 faiz təşkil edir.

Kişilər arasında bu göstərici müvafiq olaraq 13,7 və 39 faizdir.

Hesabata görə, Türkiyədə 15 yaşına qədər olan uşaqların 5 faizi artıq çəkidən və piylənmədən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti