Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində cümə axşamı "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Səfərli qeyd edib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
Azərbaycanda dövlət tərəfindən tikilən mənzillər jurnalistlərə iyulun 22-də paylanacaq