...

Vasif Talıbova qızıl medal verildi (FOTO)

Cəmiyyət Materials 6 May 2013 15:12 (UTC +04:00)
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomu təqdim edilib.
Vasif Talıbova qızıl medal verildi (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomu təqdim edilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku" uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

8 komandanın mübarizə apardığı turnirdə Naxçıvan güləşçiləri ən güclüləri olub. Finalda Azərbaycan komandası ilə görüşdə 4-4 hesablı heç-heçə qeydə alınsa da, yerli güləşçilərdən birinin təmiz qələbə qazanması görüşün taleyini həll edib. Bununla da Naxçıvan güləşçiləri turniri birinci sırada başa vurublar.

Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Turnir çərçivəsində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti