...

ABŞ və MDB-nin islamşünas alimləri Bakıda toplanıb (FOTO)

Cəmiyyət Materials 8 May 2013 15:51 (UTC +04:00)
Mayın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda MDB ölkələrindən və ABŞ-dan gələn şərqşünas və islamşünas alimlərlə görüş keçirilib.
ABŞ və MDB-nin islamşünas alimləri Bakıda toplanıb (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Mayın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda MDB ölkələrindən və ABŞ-dan gələn şərqşünas və islamşünas alimlərlə görüş keçirilib.

Şərşünaslıq İnstitutunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Miçiqan Universitetinin professoru, tanınmış islamşünas alim Aleksandr Knışın rəhbərlik etdiyi qrupa 20-yə yaxın alim daxildir. Bu qrup "İslam qlobal və lokal ölçülərdə: nəzəriyyə və praktika" proqram layihəsi çərçivəsində ölkəmizə gəlib və burada islamşünaslıq sahəsində aparılan tədqiqatlar, görülən işlərlə yaxından tanış olur. Qrupun tərkibinə Rusiya, ABŞ, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan və b. dövlətlərdən olan alimlər daxildir.

Görüşdə qonaqları salamlayan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva onlara institutun yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Direktor Şərqşünaslıq İnstitutunda vaxtilə dünya şöhrətli görkəmli alimlərin - akademiklər Ziya Bünyadov, Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, professorlar Aida İmanquliyeva, Rüstəm Əliyev kimi alimlərin çalışdığını qeyd edib.

Layihənin elmi rəhbəri, professor Aleksandr Knış isə özünün sufilik üzrə mütəxəssis olduğunu və Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq məktəbini bitirdiyini, 1991-ci ildən Qərbdə, son zamanlar da ABŞ-da çalışdığını qeyd edib. Daha sonra layihənin iştirakçıları özləri haqqında məlumat veriblər.

Sonda Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti