Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin quraşdırılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Məmmədov bildirib ki, artıq Bakı şəhərində 20-dən çox marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi quraşdırılıb. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərə tutulub.