Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin adından istifadə edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən məktəb müəllimi Asəf İsmayılov və onun tanışı İsaməddin Daşdəmirovun cinayət işi üzrə məhkəmə başlayıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı mayın 17-nə təyin olunub.
Qeyd edək ki, A. İsmayılov Bakıdakı Süleyman Sani Axundov adına 172 saylı orta məktəbin müəllimi olub. O və tanışı İ. Daşdəmirov Təhsil Nazirliyin adından istifadə edərək dələduzluq ediblər.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının dövlət ştampını, möhürü, blankı hazırlama və ya satma) maddələrinə əsasən ittiham olunurlar.
Dələduzluqda təqsirləndirilən məktəb müəlliminin məhkəməsi başlayıb