...

Gəncədə dönər kababı üçün bulka hazırlayan sexin fəaliyyətinə qadağa qoyuldu

Cəmiyyət Materials 14 May 2013 13:00 (UTC +04:00)
Gəncədə dönər kababı üçün istehsal edilən bulkaların keyfiyyəti ilə bağlı reyd keçirilib.
Gəncədə dönər kababı üçün bulka hazırlayan sexin fəaliyyətinə qadağa qoyuldu

Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/

Gəncədə dönər kababı üçün istehsal edilən bulkaların keyfiyyəti ilə bağlı reyd keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərinin Museyib Bağırov 59 ünvanında sahibkar Habil Qədimova məxsus sexdə yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

Standartlaşma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşlarının apardıqları monitorinq zamanı istehsal sahəsində bulkanın xəmirinin yoğrulmasından və bişirilməsinə qədər olan bütün proseslərin antisanitar şəraitdə, eləcə də standartın tələb və normalarından kənar həyata keçirildiyi müəyyən olunub.

İstehsal müəssisəsinə baxış zamanı məhsulun kustar üsulla hazırlanmış və hər an partlama ehtimalı olan kürədə bişirildiyi məlum olub. Komitə əməkdaşları bu kimi nöqsanlara yol verdiyinə görə sexin sahibinə iradnamələr və tələbnamələr təqdim edib, istehsal sahəsinin fəaliyyətinə qadağa qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti