...

"Şekspir, Böyük Britaniya və mən" müsabiqəsinin qalibləri məlum oldu

Cəmiyyət Materials 14 May 2013 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

"British Airways" aviaşirkəti və "Əli və Nino" kitab mağazaları şəbəkəsi "Şekspir, Böyük Britaniya və mən" müsabiqəsininin qaliblərinin adlarını açıqlayıblar. Aprelin 20-dən mayın 3-dək keçirilmiş müsabiqə görkəmli yazıçının ad gününə həsr olunmuşdur.

Layihənin şərtlərinə görə, müsabiqə iştirakçıları Şekspir haqqında sualları cavablandırmalı, seçimdən keçənlər isə "Şekspir, Böyük Britaniya və mən" mövzusunda kiçik esse yazmalı idilər. "Əli və Nino"nun "Facebook" sosial şəbəkəsindəki səhifəsində baş tutmuş müsabiqədə müxtəlif yaşlı 300-dən çox şəxs iştirak edib. Finala 51 iştirakçı çıxmışdır və münsiflər heyətinin qərarı ilə Nərminə İsmayılova müsabiqənin qalibi seçilmişdir. "28 Mall" ticarət mərkəzində baş tutmuş mükafatlandırılma mərasimində qalibə "British Airways" aviaşirkətinin "World Traveller" ekonom sinifli iki bileti təqdim olunub. İkinci yeri Tatyana Ryaykenen, üçüncü yeri is Ülkər Rzalı tutmuşlar. Onlar "Əli və Nino"dan xüsusi mükafatlarla təltif olunublar.

"British Airways" aviaşirkəti Azərbaycanda Britaniya ədəbiyyatı və mədəniyyətinə göstərilən diqqətə görə çox məmnundur, - BA-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis qeyd edib. - Biz səmimi qəlbdən Nərminə İsmayılovanı təbrik edirik və əminik ki, o, Londonu kəşf edərkən gözəl vaxt keçirəcək".

"Şekspir, Böyük Britaniya və mən" müsabiqəsi çox böyük maraq doğuraraq bir sıra istedadlı yazarları üzə çıxartdı, - "Əli və Nino" kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli bildirib. - "British Airways" aviaşirkəti ilə əməkdaşlıqdan məmnunuq. Azərbaycana Britaniyanı hiss etdirmək imkanı üçün gələcək tərəfdaşlığa ümid bəsləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti