Azərbaycan, Bakı, 20 may / Trend, müxbir M.Əliyev/
Milli Televiziya və Radio Şurasında (MTRŞ) mayın 21-də milli televiziya filmlərinin çəkilməsi müzakirə ediləcək.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MTRŞ-dan bildirilib.
Bu məqsədlə MTRŞ-in inzibati binasında Azərbaycanda fəaliyyət göstərən prodakşnlarla görüş keçiriləcək.
Görüşdə milli televiziya filmlərinin, o cümlədən televiziya seriallarının çəkilişinin dəstəklənməsi məqsədi ilə prodakşn rəhbərləri ilə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Görüş mətbuat üçün açıq şəkildə keçəcək.