Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Tağıyeva/
Tükiyədə son beş ildə müdafiə sənayesinə yatırılan sərmayələrin həcmi 85 faiz artaraq 45,3 milyard lirə təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Anadolu" agentliyi xəbər yayıb.
Məlumata əsasən, 2011-ci illə müqayisədə 2012-ci ildə Türkiyənin müdafiə və aerokosmik sektorlarının sənayelərinin dövriyyəsi 9 faiz artaraq 4,7 milyard ABŞ dolları olub. Müdafiə və aerokosmik təyinatlı məhsulun ixracı isə 16 faiz artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.
Agentlik bildirir ki, Türkiyə 2016-cı ilə qədər müdafiə sənayesi məhsulu dövriyyəsini 8 milyard, ixracını isə 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.