...

"Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib

Cəmiyyət Materials 20 May 2013 15:52 (UTC +04:00)
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib.
"Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib.

Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və BMT Sivilizasiyalar Alyansının təşkilatı dəstəyi ilə Ərəb Liqasına üzv olan ölkələr və Mərkəzi Asiya ölkələri üçün "Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsində qalib gələn şəxlər təskilatçılar tərəfindən mükafatlandırılacaq. Ətraflı məlumatı www.unaoc.org saytında əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin indiki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti