...

Azərbaycanda bu il orta məktəbi 91 mindən çox şagird bitirəcək

Cəmiyyət Materials 20 May 2013 15:41 (UTC +04:00)
Bu tədris ilində Azərbaycanda orta məktəblərin XI sinfini 91 484 nəfər şagird bitirəcək.
Azərbaycanda bu il orta məktəbi 91 mindən çox şagird bitirəcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Bu tədris ilində Azərbaycanda orta məktəblərin XI sinfini 91 484 nəfər şagird bitirəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə 216 734 nəfər şagirdin buraxılış siniflərinin məzunu olacağı gözlənilir. Onların 125 250 nəfəri IX, 91 484 nəfəri isə XI sinfi bitirəcək.

Bu tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə tələbələrin gözlənilən buraxılışı 26 137 nəfər olacaq. Nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10 399 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti