...

Türkiyənin təhsil naziri regionda elm və təhsilin inkişafı üzrə siyasəti müəyyənləşdirməyə çağırıb

Cəmiyyət Materials 21 May 2013 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin təhsil naziri Nabi Avcı Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin forumunda region ölkələrini bölgənin elm və təhsilinin inkişafı üzrə siyasəti müəyyənləşdirməyə çağırıb.

Bu gün Bakıda Qafqaz Universitetləri Birliyinin III konqresi keçirilir. Konqresin işində region ölkələrinin qabaqcıl ali məktəblərinin rəhbərləri iştirak edirlər.

Avcı qeyd edib ki, Qafqaz Universitetləri Birliyi regionda təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyətə malikdir:

"İqtisadi infrastrukturun inkişafına və ümumi kadrların hazıərlanmasına xidmət edir. Ümumi proqram üzrə kadrların hazırlanması Qafqaz regionu üçün strateji əhəmiyyətə malikdir" .

Qafqaz Universitetləri Birliyində region ölkələrinin 60 ali məktəbi təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti