...

Azərbaycan və Türkiyənin ortaq tarixi yazılır

Cəmiyyət Materials 24 May 2013 12:40 (UTC +04:00)
Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Azərbaycan və Türkiyənin ortaq tarixi yazılır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Mahmudov bildirib ki, ilk mərhələdə bütün türk dünyasının məşhur insanları ilə bağlı araşdırmalar aparılacaq.

Onun sözlərinə görə, türk dünyasının məşhur insanlarına qarşı olan təhqirlər aradan qaldırılacaq: "Əmir Teymura, İldırım Bəyazidə, Şah İsmayıla eyni sevgini yaradacağıq. Bundan sonra türk dövlətlərinin tarixləri çap olunacaq. Son mərhələdə isə türkün ümumi tarixi yazılacaq".

Mahmudov deyib ki, artıq Azərbaycanın 7-8-ci sinif orta məktəb dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir: "Çox təəssüf ki, hələ Türkiyədə, Orta Asiya respublikalarında bu proses həyata keçirilmir. Azərbaycanın təşəbbüsü ilə həmin ölkələr də türk imperiyalarının tarixini orta məktəb dərsliklərinə salacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti