Azərbaycan, Bakı, 24 may /Trend/
Monteneqro Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejimini tətbiq edib. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən daxil olan məlumata əsasən, Monteneqro höküməti "2013-cü ilin 1 may - 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında" qərar qəbul edib.