...

İranın böyük şəhərlərdə əhalinin 30 faizi şəkər xəstəsidir

Cəmiyyət Materials 25 May 2013 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir T.Cəfərov/

İranda böyük şəhərlərin əhalisinin 30 faizi şəkər xəstəsidir və ya gələcəkdə bu xəstəliyə tutulacaqlar. Bunu İran Diabet Cəmiyyətinin sədri Əsədullah Rəcəb deyib . Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

O deyib ki, hazırda İranda 7 milyon nəfər diabet (şəkər) xəstəsidir və onların böyük əksəriyyəti öz xətəsliyindən xəbərsizdir.

Rəcəb bildirib ki, araşdırmaların nəticəsinə görə, Tehranda və bəzi digər şəhərlərdə 20 yaşdan yuxarı əhali arasında 14 faizindən çoxu diabet xəstəsdir. O, deyib ki, elə bu qədər də insanda diabet xəstəliyi gizli şəkildə var və gələcəkdə bu xəstəlik özünü göstərəcək.

İran Diabet Cəmiyyətinin sədrinin sözlərinə görə, kəndlərdə bu xəstəliyə yoluxma halları azdır.

O, həmçinin bildirib ki, Buşəhr və Yəzd şəhərlərində əhalinin 16 faizindən çoxunda diabet xəstəliyi var. İranın Şimal bölgəsində (Xəzər dənizi ətrafında yerləşən əyalətlərdə) də diabet xəstəliyinə yoluxanların sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti