Azərbaycan, Bakı, 27 may /Trend/
May ayının 24-də Chevrolet və Cadillac-ın Azərbaycandakı rəsmi dileri olan Performance Center şirkəti inkişaf edən avtomobil bazarı üçün yeni beynalxalq standartlara cavab verən və GM konseptinə uyğun Chevrolet Babək Diler mərkəzinin təqdimat mərasimini keçirmişdir.
Təqdimat mərasimini Performance Center şirkətinin prezidenti, Qalib Məmmədov açdı. "Performance Center şirkəti Amerikan brendi olan General Motorsun, Chevrolet və Cadillac brendləri üzrə 1997-ci ildən bəri Azərbaycandakı rəsmi dileridir.
Şirkətimiz yeni istehsal olunmuş avtomobillərin sifarişi ilə yanaşı servis xidməti ilə də məşğuldur.
Şirkətimiz, göstəricilərinin həcmini keçmiş illərə baxdıqda əhəmiyyətli dərəcədə artırmışdır. Əlbəttə buna Cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət və sahibkarlığa verdiyi böyük önəm nəticəsində nail olunmuşdur.
Performance Center-in 2011-ci və 2012-ci illərdəki yüksək nəticələrinə görə iki il üst-üstə Grandmasters titulu ilə təltif olunması məhz bundan xəbər verir. Bundan əlavə 2012-ci ildəki yüksək naliyyətlərinə görə İlin Avtomobil Dileri Nominasiyasında Uğur Milli mükafatına layiq görülmüşdür.
Yeni Babək diler mərkəzimizin açılışı ölkəmizdə avtomobil sektorunun inkişafında böyük əhəmiyyət kəsb edir. Buradakı texnoloji yeniliklər, xidmət keyfiyyəti və yüksək standartlara cavab verən infrastruktur ilə yanaşı müştəri məmnuniyyəti hədəf alınmış və bütün səylərimiz bu istiqamətə yönəlmişdir. İndi olduğu kimi, növbəti illərdə də Performance Center şirkəti bu siyasəti davam etdirəcək və əlçatan qiymətli, yüksək keyfiyyətli, qənaətli, təhlükəsiz və 100 ildən artıq avtomobil istehsalında fəaliyyət göstərən Chevrolet avtomobillərinin satışını və texniki xidmətini təklif edəcəkdir."
Bundan əlavə təbdirdə Azərbaycan Texniki universiteti və Perfromance Center-in birgə təşəbbüsü əsasında nəşr edilən Rusca-Azərbaycanca "Avtomobil Nəqliyyatı Terminləri Lüğəti"nin təqdimatı olundu. Yadda qalan təntənəli mərasimdə Azərbaycanda daha bir yenilik olan 3 yeni avtomobil təqdim edildi. İlk növbədə Chevrolet Camaro Cabriolet, Yeni Captiva və tam yeni model olan Trax avtomobili təntənəli şəkildə tədbir iştirakçılarına təqdim edildi. Trax avtomobili 5 yerlik avtomobil olaraq Chevrolet modelləri sırasına yeni daxil olmuş olub və çox qısa müddətə ölkəmizə kütləvi idxalına başlanılacaqdır.
Performance Center şirkəti - 1997-ci ildən General Motors korporasiyasının Chevrolet və Cadillac brendlərinin Azərbaycandakı yeganə rəsmi dileridir. Həmin ildən başlayaraq şirkət General Motors korporasiyasın Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan Chevrolet avtomobillərinin Respublikamızda rəsmi dileridir. Hal-hazırda "Performance Center" şırkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi - Performance Center və Babək - Bakı şəhərində, digəri isə - İdeal Motors Gəncə şəhərində müştərilərin xidmətindədir.
"General Motors" şirkətləri - dünyanın ən iri avtomobil istehsalçısıdır. 1908 -ci ildə yaradılmış GM şirkətində bu gün bütün dünya üzrə 250 000 minə yaxın işçi çalışır. Detroyt şəhərində baş ofisi olmaqla, GM dünyanın 38 ölkəsində avtomobillər və yük maşınları istehsal edir. GM şirkəti haqqında ətraflı məlumat: www.gm.com.