...

Bakı sakinlərinin sevimli istirahət məkanı - Dağüstü park (FOTO)

Cəmiyyət Materials 28 May 2013 14:32 (UTC +04:00)
Bakının Dağüstü parkında yenidən qurulub.
Bakı sakinlərinin sevimli istirahət məkanı - Dağüstü park (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Bakının Dağüstü parkında yenidən qurulub.

Trend-in məlumatına görə, bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Məhz bu amil əsas tutularaq hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulmuşdu. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olmuşdur.

Ötən il başlanılan yenidənqurma işlərindən sonra bu park yeni görkəm alaraq göz oxşayan məkana çevrilmişdir. Park yenidən qurularkən relyef müxtəlifliyindən məharətlə istifadə olunmuşdur. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi Bakı buxtasına valehedici mənzərə açılmasına şərait yaradır. Memarlıq baxımından zövqlə qurulan xiyaban və terraslar bir-biri ilə pilləkənlərlə əlaqələndirilir, meydançalar isə doğma Xəzərimizin panoramını daha geniş nümayiş etdirir. Şəhərin Azneft meydanını Dağüstü parkla funikulyor birləşdirir.

Müasir tələblər səviyyəsində qurulan və paytaxtın bu hissəsinin görkəminə xüsusi yaraşıq verən parkda yeni yollar və cığırlar salınmışdır. Burada quraşdırılan yeni şəlalə parka füsunkar görünüş verir. Parkda yaşıllaşdırma işləri aparılmış, köhnə ağaclar saxlanılmaqla yeni dekorativ bitkilər əkilmişdir. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır.

Xəbər lenti

Xəbər lenti