...

Ərdoğan: Atatürk Hava Limanı Türkiyənin ehtiyaclarını ödəmir

Cəmiyyət Materials 29 May 2013 18:45 (UTC +04:00)
Atatürk Hava Limanı ölkənin ehtiyaclarını ödəmir. Trend-in "TRT Haber" kanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bosfor üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi zamanı çıxışında bildirib.
Ərdoğan: Atatürk Hava Limanı Türkiyənin ehtiyaclarını ödəmir

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir R.Hafizoğlu/

Atatürk Hava Limanı ölkənin ehtiyaclarını ödəmir. Trend-in "TRT Haber" kanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bosfor üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi zamanı çıxışında bildirib.

Ərdoğanın sözlərinə görə, ölkənin ehtiyaclarına cavab verməyən məhz bu aeroportda reyslər gecikir.

O, həmçinin əlavə edib ki, İstanbulda tikiləcək üçüncü aeroport bütün standartlara, o cümlədən dövlət ehtiyaclarına cavab verəcək.

Qeyd edək ki, mayın 20-də Türkiyənin İstanbul şəhərində üçüncü hava limanının tikintisi ilə bağlı saziş imzalanıb. Saziş Nəqliyyat Nazirliyi ilə tenderdə qalib gələn "Limak-Kolin-Cengiz-MaPa-Kalyon" konsorsiumu arasında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti