...

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Sapienza Universiteti arasında tələbə mübadiləsi aparıla bilər (FOTO)

Cəmiyyət Materials 31 May 2013 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası foruma qatılmaq üçün ölkəmizdə səfərdə olan İtaliyanın Sapienza Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru, professor Antonello Biancini və Universitetin nümayəndə heyəti AzMİU-da olublar.

Trend-in məlumatına görə, 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Sapienza Universiteti arasında mədəni və elmi əməkdaşlığa dair saziş imzalanıb. Sapienza Universitetinin nümayəndə heyətinin AzMİU-ya gəlişinin səbəbi isə sənəd üzərində qalan bu anlaşmanı təcrübədə həyata keçirtməkdir. Professor Antonello Biancini iki təhsil ocaği arasında tələbə mübadiləsi istiqamətində işlər görməyi təklif edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Memarliq və Nəqliyyat fakültələri arasında birgə əməkdaşlığın və ikili diplom əlaqəsinə başlamağın vacib olduğunu söyləyib. Rektorun sözlərinə görə, məhz bu aparici fakültələr arasında ikili diplom əlaqəsi yaradılarsa sistemli münasibətlər formalaşacaq. 145 min tələbəsi olan La Sapienza, AzMİU-nun əməkdaşlıq etdiyi Venesiya, Milan, Neapol və başqa Avropa Universitetləri sırasındadır.

İtaliyali professor, Sapienza Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Daniel Pomielli, AzMIU-nun İtaliya universitetləri ilə qurduğu əlaqələri yuksək qiymətləndirib: "Mən bilirəm ki,AzMİU Florensiya Universiteti ilə 12 ildir, Romualdo Del Bianko Fondu və rəhbərliyi ilə isə six əməkdaşlıq edir. "Müasir İslam şəhərlərinin qorunması" na həsr olunmuş və bu kimi 3 beynəlxalq tədbirin Florensiyada təşkili də buna sübutdur".

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu ilin sentyabr-oktyabr aylarinda İtaliya memarliğının gözəl nümunəsi olan Baliani binasında yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan memarlığı günləri keçirməyi təklif edib. Görüşdə iştirak edən italiyalı professorlar Cuzeppe Monto və Fabio Qrassi birgə işləmək üçün yeni layihələrə imza atmağın vacib olduğunu söyləyiblər. Professor Fabio Qrassi Azərbaycan və İtaliya arasında sıx və inkişaf etmiş siyasi, iqtisadi əlaqələrin mövcudluğundan danışıb. Bununla belə, münasibətlərin elm və təhsil sahələrində daha da genişləndirilməsinə ehtiyyac olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti