...

"Bank Technique" əməkdaşları talassemiyalı uşaqlara qan verdilər

Cəmiyyət Materials 31 May 2013 18:29 (UTC +04:00)
“Bank Technique” ASC 1 İyun – Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirdi.
"Bank Technique" əməkdaşları talassemiyalı uşaqlara qan verdilər

Azərbaycan, Bakı, 31 may /Trend/

"Bank Technique" ASC 1 İyun - Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirdi.

Bu dəfə Bank əməkdaşları Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara qanvermə aksiyasında iştirak etdilər. Mərkəzi Qan Bankı ilə birgə təşkil olunan aksiyada Bankın Baş ofis və bir neçə şəhər filiallarından çoxsaylı əməkdaşlar qan verdi.

Qeyd edək ki, Talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Talassemiyadan əziyyət çəkən uşaqların vəziyyətini onlara qan köçürməklə yüngülləşdirmək olur.

"Bank Technique" ASC ötən illərdə olduğu kimi, bu il də ənənəsinə sadiq qalıb, gələcəyimiz olan körpələrimizi yaddan çıxarmamaqla, ölkəmizdəki digər şirkətlərə də örnək olacaq bir addım atdı. Bank Korporativ Sosial Məsuliyyət layihələrini gələcəkdə də davam etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti