...

Amnistiya qərarı indiyədək 1377 məhkuma şamil edilib

Cəmiyyət Materials 3 İyun 2013 18:59 (UTC +04:00)
Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Amnistiya qərarı indiyədək 1377 məhkuma şamil edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında iyunun 3-dək Amnistiya Qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilib.

Amnistiya Qərarının icrası Penitensiar Xidmətin müvafiq komissiyasının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Amnistiya Qərarının icrası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti