...

Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları–2013” mövzusunda beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 5 İyun 2013 14:54 (UTC +04:00)
Bakıda çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları–2013” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumtına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, böyük problemlərin həllinə töhfəsini verir.

Onun sözlərinə görə, belə konfransın keçirilməsi xüsusi önəm kəsb edir.

Nazir qeyd edib ki, yeni bir sahə kimi süni fotosintezdən istifadə edərək bərpa olunan enerji sahələrini yaratmaq mümkün olacaq: "Akademik Cəlal Əliyevin əsas hədəflərindən biri fotosintez təkmilləşdirilməsi və yeni buğda sortların yetişdirilməsi olub. Eyni zamanda alimin bioinformatika elminin yaradılmasında xüsusi rolu var. Onun elmi fəaliyyətini xarakterizə edən amillərdən biri odur ki, gənc yaşlarından hansı həvəslə işləyirdisə, yaşlandıqdan sonra da eyni həvəslə biologiya elminə öz töhvələrini verir. Baxmyaraq ki, bu yaş elmi tətqiqatatlar üçün uyğun yaş deyil, amma bu gündə bu sahəyə yeni rəng verir".

Cəlal Əliyev konfransda çıxışı zamanı Azərbaycanda elmə göstərilən diqqətdən danışıb. O qeyd edib ki, hansı ölkənin iqdisadiyyatı durmadan inkişaf edirsə, həmin ölkələrdə xüsusən elm daha da inkişaf edib: "Bu gün Azərbaycanda əhalinin yüksək səviyyədə yaşaması və təhsil alması ölkə Prezidentinin elmə göstərdiyi diqqətin bir hissəsidir".

Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə çıxışı zamanı vurğulayıb ki, elmimizin fəxri olan Cəlal Əliyevin adına belə bir beynəlxalq konfransın keçirilməsi hər birimizdə fəxr hissi oyadır: "Son illər ərzində beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Bakını regiounun paytaxtına çevirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti