...

Azərbaycanda havanın temperaturu 5 dərəcəyədək enəcək

Cəmiyyət Materials 18 İyun 2013 12:50 (UTC +04:00)
Yaxın 2 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 3-5 dərəcə enəcək.
Azərbaycanda havanın temperaturu 5 dərəcəyədək enəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 3-5 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın günlərdə gözlənilən temperatur iqlim normasına yaxın olacaq.

İyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 19-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova bildirib ki, yaxın günlərdə respublikanın rayonlarında temperaturun bir qədər enəcəyi, bir cox yerlərdə yağışlı hava şəraiti və küləyin arabir güclənəcəyi gözlənilir. Temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması, çəyirdəkli meyvələrin yetişməsi üçün əlverişli olacaq. Yağışlı hava şəraiti payızlıq dənli bitkilərdə məhsulun yığım şəraitinə və digər əkinlərdə, bağlarda arqotexniki işlərin aparılmasına çətinlik yaratmayacaq. Yalnız küləyin güclənməsi torpaqda olan rütubətin azalmasına səbəb olacaq və əkinlərin suvarılmasına ehtiyac yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti