...

Mikayıl Cabbarovun vətəndaşlarla növbəti görüşü iyunun 22-də keçiriləcək

Cəmiyyət Materials 18 İyun 2013 13:00 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əhali ilə növbəti görüşü iyunun 22-də keçiriləcək.
Mikayıl Cabbarovun vətəndaşlarla növbəti görüşü iyunun 22-də keçiriləcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əhali ilə növbəti görüşü iyunun 22-də keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 22-də saat 10:30-da təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti