...

Ombudsman: Cəzaçəkmə müəssisələrində məhkumlara göstərilən rəftar daim araşdırılır

Cəmiyyət Materials 18 İyun 2013 13:21 (UTC +04:00)
Ombudsman son günlər cəzaçəkmə müəssisələrində intihar hallarının qeydə alınmasına aydınlıq gətirib.
Ombudsman: Cəzaçəkmə müəssisələrində məhkumlara göstərilən rəftar daim araşdırılır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Mehdiyev/

Ombudsman son günlər cəzaçəkmə müəssisələrində intihar hallarının qeydə alınmasına aydınlıq gətirib.

Trend-in məlumatına görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, bu təşkilatlar da canlı bir orqandır və cəmiyyətin tərkib hissəsidir.

Belə hallar da orada da qeydə alındığını deyən ombudsman qeyd edib ki, bununla əlaqədar işgəncələr əleyhinə qeyri-insani, insan ləyaqətini alçaldan rəftar əleyhinə konvensiyanın əlavə protokoluna görə Azərbaycanda da milli preventiv mexanizm yaranıb:

"Hər gün cəzaçəkmə müəssisələrində yoxlama tədbirləri keçiririk. Həm oranın əməkdaşları tərəfindən məhkumlara göstərilən rəftarlar yoxlanılır. Hər bir cinayət törətmiş insan, məhkum yalnız məhkəmənin qərarı ilə bir cəza ala bilir. Ondan başqa ona heç bir cəza tətbiq oluna bilməz. Belə hallar olduğu halda dərhal Baş prokurorluq və daxili işlər orqanlarına məlumatlar verilir, dəqiq araşdırmalar aparılır. Əgər həqiqətən belə bir halların olması təsdiqlənərsə, onlar lazımi qaydada cəzalandırılacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti