...

"ASAN xidmət" mərkəzlərində indiyədək 150 mindən çox insana xidmət göstərilib

Cəmiyyət Materials 18 İyun 2013 14:16 (UTC +04:00)
Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başladığı dövrdən etibarən 150 mindən çox insana xidmət göstərilib.
"ASAN xidmət" mərkəzlərində indiyədək 150 mindən çox insana xidmət göstərilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başladığı dövrdən etibarən 150 mindən çox insana xidmət göstərilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Ombudsmanların XI Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.

Kərimov qeyd edib ki, 2-si Bakıda, 1-i isə Sumqayıtda olmaqla hazırda üç "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "Bu ilin sonuna kimi Bakıda 2 əlavə, regionlardan isə Gəncədə yeni xidmət mərkəzi açılacaq. Mərkəzlərin açılması ləngiyən bölgələrə xüsusi avadanlıqlarla təchiz olunan avtobuslar göndəriləcək və insanlara xidmət göstəriləcək".

O bildirib ki, bundan əlavə, sağlamlıq imkanları məhdud olan insanlar üçün mobil "ASAN xidmət"lər fəaliyyət göstərəcək ki, bunun vasitəsilə mərkəzin məsul şəxsləri onların istədikləri ünvanlara gedib vətəndaşlara xidmət edəcəklər.

Kərimov qeyd edib ki, vətəndaşlar xidmət zamanı vaxt qazanmalıdır. Bunun üçün də "ASAN xidmət" mərkəzlərində lazım olan bütün şərait yaradılıb: "Şəffaflıq bizim sahədə əsas məsələdir. Burada ən vacibi maliyyə məsələləridir. "ASAN xidmət" mərkəzlərində korrupsiya halları mümkün deyil. Belə hallar aşkarlanarsa, o zaman həmin şəxs işdən azad olunaraq cinayət məsuliyyətinə cəlb olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti