...

“ASAN XIDMƏT” növbəti uğura imza atıb

Cəmiyyət Materials 19 İyun 2013 11:45 (UTC +04:00)
"NETTY 2013" Azərbaycan Milli İnternet Mükafatının virtual münsiflər heyəti və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytlarının ümumi sayı 50-dən çox olan internet-resurs seçilərək mükafatın nominantları adına layiq görülüb.
“ASAN XIDMƏT” növbəti  uğura imza atıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"NETTY 2013" Azərbaycan Milli İnternet Mükafatının virtual münsiflər heyəti və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytlarının ümumi sayı 50-dən çox olan internet-resurs seçilərək mükafatın nominantları adına layiq görülüb. Bu barədə Trend çərşənbə günü xidmətdən daxil olan məlumata istinadən xəbər verir.

Mükafatın Akademiyasının üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən ediblər.

Dövlət saytı nominasiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin www.asan.gov.az rəsmi internet səhifəsi birinci yerə layiq görülüb.

NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti