...

Nazir: Azərbaycanda turizm obyektlərində mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur

Cəmiyyət Materials 19 İyun 2013 14:30 (UTC +04:00)
Trend-in xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu il turizm obyektlərində qiymətlərin aşağı salınıb-salınmayacağı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir: Azərbaycanda turizm obyektlərində mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda turizm obyektlərində mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur.
Trend-in xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu il turizm obyektlərində qiymətlərin aşağı salınıb-salınmayacağı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər bronlaşdırılıb. Nazir qeyd edib ki, əgər proses belə gedərsə, o zaman kiminsə qiymətləri aşağı salmasına məcbur etmək mümkün deyil.
Nazir turizm obyektlərində aparılan monitorinqlər, mövsümə hazırlıq və mövcud nöqsanlardan da danışıb. O bildirib ki, turizm müəssisələrində nöqsanlar var və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir: "Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətinin keyfiyyətinin yüksəldilməsi, xidmətinin çeşidinin artırılması və sair kimi məsələlərə diqqət yetirilir. Artıq ikinci monitorinqlər zamanı məlum olur ki, həmin obyektlər qonaqları qəbul etməyə hazırdırlar. Ancaq elə obyektlər var ki, onlara daha böyük diqqət lazımdır. Onların adının çəkilməsini istəmirəm, amma həmin turizm obyektlərində ciddi işlərin aparılmasına ehtiyac var".

Qarayevin fikrincə, turizm obyektlərində xidmət yeməklə məhdudlaşmamalı, xidmətin əhatəsi genişlənməlidır:

"Yeyib və uzanmaqla xidmət yekunlaşmamalıdır. Xidmətlər müxtəlif olmalıdır. Müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə köməklik göstərilir. Bu işlərlə yerli idarələr məşğul olurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti