...

Rusiya telekanalı qədim Azərbaycan şəhəri Şəkiyə veriliş həsr edib (VİDEO)

Cəmiyyət Materials 20 İyun 2013 12:38 (UTC +04:00)
Rusiyanın “Rusiya 24” (Россия 24) telekanalı qədim Azərbaycan şəhəri Şəkiyə veriliş həsr edib.
Rusiya telekanalı qədim Azərbaycan şəhəri Şəkiyə veriliş həsr edib (VİDEO)
Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rusiyanın "Rusiya 24" (Россия 24) telekanalı qədim Azərbaycan şəhəri Şəkiyə veriliş həsr edib.

Verilişdə şəhərin qədim tarixindən və xüsusi kolaritindən, sakinlərindən, onlara xas olan qonaqpərvərlikdən bəhs edilib.

Veriliş müəllifləri Şəkidə ipək işi və xalçaçılığın inkişafına, müasir avadanlıqlarla təchiz olunan ipək fabrikinə xüsusi diqqət ayırıblar.

Verilişdə bu gün şəhərin qonaqlarına xidmət göstərən karvansaraylar, o cümlədən, Şəki üçün ənənəvi üslubda tikilən digər hotellər barədə bəhs olunur.

Müəlliflər diqqəti Şəki xanlığının tarixinə, onun qüdrəti və əsas simvolu olan, Azərbaycan memarlığının ən yaxşı ənənələrinin təcəssüm etdirən, şahların yay iqamətgahı Şəki Xan Sarayına ayırıblar.

Verilişdə, o cümlədən Şəki yaxınlığında yerləşən qədim alban kilsəsindən, şəhərin muzeylərindən, bu yerlərin mənzərəli təbiətindən bəhs edilir.

Müəlliflər kulinariya ənənələri, unikal şirniyyat məhsulları, ədviyyatları olan zəngin Şəki mətbəxini xüsusilə vurğulayıblar.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti