...

İqtisadi inkişaf naziri Füzulidə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 20 İyun 2013 14:42 (UTC +04:00)
İyunun 22-də itisadi ikişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadi inkişaf naziri Füzulidə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 20 iyun / Trend

İyunun 22-də itisadi ikişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə cümə axşamı İqtisadi İnkişaf Nazirliyindən daxil plan məlumatda deyilir.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Horadiz Şəhər Mədəniyyət Sarayında (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Həzi Aslanov küçəsi, 27) təşkil olunacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi, əlaqələndirici şəxs Ağa Ağayev, əlaqə telefonu: (026) 315-01-17, mobil (070) 245-06-06, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti