...

Azərbaycan və Dünya Bankı arasında sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Cəmiyyət Materials 25 İyun 2013 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenkonu qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazir F.Ələkbərov ölkəmizdə davamlı sosial-iqtisadi inkişafa nail olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət və onun uğurlu nəticələri barədə məlumat verib. Respublikada əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq müstəvisində görülən işlərdən söz açan nazir Dünya Bankı ilə birgə icra edilən "Sosial müdafiənin inkişafı" layihəsinin bu sahədə xüsusi önəm kəsb etdiyini vurğulayıb, layihənin icrası sahəsində əldə olunan nailiyyətləri qeyd edib.

L.Leşçenko "Sosial müdafiənin inkişafı" layihəsinin icrası nəticəsində əldə olunan nəticələrin praktiki icrasına Dünya Bankının dəstək verməyə hazır olduğunu bildirib. O, sosial yardım proqramları və digər fəaliyyət istiqamətlərindəki innovativ müasir yanaşmaları, sosial proqramlardan əldə edilən nəticələri yüksək qiymətləndirdiyini deyib.

Görüşdə layihənin icrasının hazırkı vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Sosial müdafiənin inkişafı" layihəsi Azərbaycan hökumətinin həyata keçirdiyi sosial islahatlara və siyasətə dəstək vermək məqsədinə xidmət edir. Layihənin hədəflərinə sosial müdafiə və əmək bazarı institutlarının inkişaf etdirilməsi və potensialının artırılması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti