...

Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Cəmiyyət Materials 28 İyun 2013 17:07 (UTC +04:00)
Azərbaycan polisinin peşə bayramı ərəfəsində - iyunun 28-də Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.
Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan polisinin peşə bayramı ərəfəsində - iyunun 28-də Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, inşasına ötən ilin martında başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2400, Müvəqqəti Saxlama Yeri və digər yardımçı tikililərlə bərabər isə 3300 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, Növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib, həyətdə su hövzəsi tikilib. Yeni tikilidə 47 xidməti otaq, 100 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Mərasim iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxmış, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Qazax RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına xüsusi diqqət yetirir. Polis şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti