...

Təhsil Nazirliyi məktəb direktorlarının hansı kadrları işə qəbul edə biləcəyini açıqlayıb

Cəmiyyət Materials 29 İyun 2013 14:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin rəhbərlərinin hansı kadrları işə qəbul edə biləcəyini açıqlayıb.
Təhsil Nazirliyi məktəb direktorlarının hansı kadrları işə qəbul edə biləcəyini açıqlayıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin rəhbərlərinin hansı kadrları işə qəbul edə biləcəyini açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, müəssisələrdə müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, təhsil müəssisəsinin kitabхanaçılara olan təlabatın müəyyənləşdirilməsi və vakant yerlərə işə qəbul bilavasitə müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə qəbulu nazirliyin, digər müəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı

gündən ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti