...

Ötən ay Azərbaycanda 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Cəmiyyət Materials 3 İyul 2013 16:06 (UTC +04:00)
Bu ilin iyun ayı ərzində 2 893 259 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Ötən ay Azərbaycanda 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

Bu ilin iyun ayı ərzində 2 893 259 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

ANAMA tərəfindən ümumilikdə indiyədək cəmi 229 231 517 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 683 616-dır.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay ərzində Azərbaycanda mina/PHS hadisəsi və minadan zərərçəkmə halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti