...

Sabah günorta saatlarından başlayaraq Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək

Cəmiyyət Materials 4 İyul 2013 12:42 (UTC +04:00)
Azərbaycan ərazisində iyulun 5-i gündüz saatlarından başlayaraq yağıntılar tədricən kəsəcək, iyulun 6-sı əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin iyulun 5-də əsasən gecə və səhər saatlarında Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacaq. İyulun 6-da Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli qısamüddətli yağış yağacaq.
Sabah günorta saatlarından başlayaraq Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan ərazisində iyulun 5-i gündüz saatlarından başlayaraq yağıntılar tədricən kəsəcək, iyulun 6-sı əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin iyulun 5-də əsasən gecə və səhər saatlarında Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacaq. İyulun 6-da Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli qısamüddətli yağış yağacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 5-i və 6-sı dəyişkən buldulu yağmursuz hava şəraiti hökm sürsə də, küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 5-də havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcə isti olacaq. İyulun 6-da isə gecə 19-23, gündüz 27-32 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında iyulun 5-də havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti