...

"Aroma Collection" - Gözəlliyə doğru 18 addım... (FOTO,VIDEO)

Cəmiyyət Materials 8 İyul 2013 10:00 (UTC +04:00)
Mən yorulmadan qadın gözəlliyinə mahnılar qoşuram, çünki bu gözəllik elə sevginin özüdür ki var
"Aroma Collection" - Gözəlliyə doğru 18 addım... (FOTO,VIDEO)

Şən və qəmgin, ciddi və yelbeyin, müdafiəsiz və qüvvətli. Həmişə də - həyatın əks olunduğu incəsənət əsəri kimi - özünəməxsus tərzdə gözəl. Yeni kosmetik seriyamız "Aroma Collection" məhz belə qadın üçün yaradılmışdır.

Brendin fəlsəfəsi gözəllik, sağlamlıq və təbiətin bu romantik kolleksiyanın hər bir tərkib hissəsində məharətlə açılmış ahəngindən ibarətdir. Bu, sevgi qəzəlində tərənnüm edilmiş bütün parlaq hissləri və emosiyaları çatdıran, zərif teksturalı və zəngin inqrediyent müxtəlifliyinə malik son dərəcə möhtəşəm kosmetikadır. "Aroma Collection" müasir elmi nailiyyətlərin və incə Şərq fəlsəfəsinin sintezini əks etdir.

"Aroma Collection" brendinin mühüm keyfiyyət göstəricilərindən biri də hər kosmetik vasitənin formulasına eksklüziv komplekslər, bitki cövhərləri və efir yağlarının əlavə olunmasıdır. Kosmetik məhsulların təkrarolunmaz dizayn və görünüşü sizi valeh edəcək.

"Aroma Collection"a 18 məhsul daxildir və brendin gücü də onun bədən, üz və saça qulluq üçün bütün tərkib hissələrinin kompleks şəkildə istifadəsindən ibarətdir. "Aroma Collection" qarşısında öz növünə görə unikal bir şey - sizin tualet stolunuzun orijinal yaraşığı olacaq individual kolleksiya - yaratmaq məqsədi qoymuşdur.

Siz təbiətən gözəlsiniz. Özünüzü sevin və qulluq edin. "Aroma Collection" isə sizin təkrarolunmaz surətinizə zərif naxış əlavə edəcək.

"Aroma Collection" bütün "Gazelli" mağazalarında, "Ideal" mağazalar şəbəkəsində və ölkənin bütün böyük ticarət mərkəzlərində əldə edilə bilər.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti