Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
ARDNŞ-dən Trend-ə daxil olan məlumata görə, cari ilin birinci yarısında Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, 52 belə çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalardan 25-i ilin birinci rübündə, 27-si isə ikinci rübdə qazlaşdırılıb.
Xatırladaq ki, 2012-ci ildə "Azəriqaz" İstehsalat Birliyi 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdir.
Azərbaycanda çoxmərtəbəli yaşayış binaları qazlaşdırılır
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.