Azərbaycan, Bakı, 7 iyul /Trend/
Səudiyyə Ərəbistanının Həcc Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Ümrə ziyarətinə gəlmək istəyənlər üçün viza müddətinin Ramazan ayının 10-na qədər uzadıldığını, Ümrə müddətinin isə 30 gündən 15 günə endirildiyini açıqlayıb.
Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, Həcc Nazirliyi son statistikaya görə ölkəyə Ümrə üçün 4,5 milyon nəfərin gəldiyini, lakin onlardan təqribən 300 mindən çox şəxsin hələ ölkədə olduğunu müəyyən edib.