...

Göyçaydakı limonad sexində duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edildi (FOTO)

Cəmiyyət Materials 9 İyul 2013 12:19 (UTC +04:00)
Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edilib.
Göyçaydakı limonad sexində duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edildi (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun içkisinin istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalara məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, istehsal olunan duşes və tərxun limonadları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansı bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun limonad içkisinin istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti