...

Azərbaycanda gənc alimlər üçün yaşayış binaları tikiləcək

Cəmiyyət Materials 10 İyul 2013 13:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın bina tikilə bilər.
Azərbaycanda gənc alimlər üçün yaşayış binaları tikiləcək

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə AMEA-nın gənc alimlərin ümumi yığıncağında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda gənc alimlərin mənzil problemləri məsələsinin həll olunması istiqamətində xüsusi sərəncamın imzalanması gözlənilir.

Prezident İlham Əliyevlə görüşərkən alimlərin mənzil məsələsini də müzakirə etdiklərini deyən A.Əlizadə qeyd edib ki, dövlət başçısı alimlərimizin mənzil probleminin həlli ilə bağlı AMEA-nın verdiyi təklifə müsbət yanaşıb: "Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti