...

Azərbaycan Avropada turist sayının artma faizinə görə 2-ci sıradadır

Cəmiyyət Materials 11 İyul 2013 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Ümumdünya Turizm Təşkilatının cari ilin iyul ayında çap olunan "UNWTO Tourism Highlights, 2013 edition" nəşrində 2011-ci ilə nisbətdə 2012-ci ilin Avropa regionu üzrə beynəlxalq turist sayının artma faizi qeyd olunub.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, göstəricilərə əsasən, artım templərinə görə MDB ölkələri liderlik edir. 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 milyon təşkil edərək, 2011-ci ildəki müvafiq göstəricidən (1,562 milyon) 27% artıq olub. Bu isə Azərbaycan üçün hətta digər ölkələrlə müqayisədə belə kifayət qədər yüksək göstəricidir.

Avropa ölkələri (MDB ölkələri daxil olmaqla) üzrə sıralamanı nəzərə alaraq, turist sayının artma faizinə görə top-5 ölkələr aşağıdakılardır:

1. Gürcüstan - 36%
2. Azərbaycan - 27%
3. Moldova - 19%
4. Andorra - 15%
5. Rusiya - 13%

Eyni zamanda, turizm sahəsində əldə olunan ümumi gəlir göstəricilərini nəzərdən keçirsək, Azərbaycan 2011-ci ildə 1,287 milyon ABŞ dolları, 2012-ci ildə isə 2,433 milyon ABŞ dolları ümumi gəlir əldə edib. Bu da, 89% artıma bərabərdir. Müqayisə üçün qeyd etmək olar ki, 2012-ci ildə Gürcüstanın ümumi turizm gəlirləri 1,411 milyon ABŞ dolları, Moldovanın - 213 milyon ABŞ dolları, Rusiyanın isə 11,187 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti