Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Tağıyeva/
"Türk Hava Yolları" (THY) aviaşirkəti qismən özəlləşdirilməyə çıxarılacaq. Bu barədə Trend cümə günü "Sabah" qəzetinə istinadən məlumat verir.
Aviaşirkətin dövlətə aid 49,12 faiz hissəsi özəlləşdirilməyə çıxarılacaq. Özəlləşdirilmə prosesinin uğurla başa çatması üçün beynəlxalq məsləhətçinin cəlb edilməsi planlaşdırılır.
THY-nin özəlləşdirilməsinin başlama tarixi hələ məlum deyil.