Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyun ayı ərzində bir şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, lisenziya "MİKADO" MMC-yə verilib. Şirkət Bakıda fəaliyyət göstərəcək.
Lisenziya Azərbaycan Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli və 05.12.2008-ci il tarixli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarlarına uyğun olaraq verilib.