Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/
Prezident Administrasiyası (PA) Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsil pilləsinin yaradılmasına müsbət cavab verib. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözərinə görə, bununla bağlı təkliflərini PA-ya təqdim ediblər: "AMEA-da indi isə magstratura pilləsi hökmən yaradlmalıdır. Bu barədə PA-ya təkliflər vermişik. Bizə müsbət cavab verilib. Hazırda sərəncam hazırlanmaqdadır".
A.Əlizadə qeyd edib ki, akademiyada həm də istedadlı gənclər liseyi də yaradılmalıdır: "Ancaq bu sonrakı məsələdir. Güman edirik ki, dövlət bizi dəstəkləyəcək".