...

Türkiyədə doqquz milyondan artıq insan qeyri-rəsmi işləyir

Cəmiyyət Materials 22 İyul 2013 17:05 (UTC +04:00)
Türkiyədə ümumi işçilərin təqribən 37 faizi rəsmi qeydiyyatdan keçməyərək çalışanlardır ki, bu da 9,6 milyon nəfər təşkil edir.
Türkiyədə doqquz milyondan artıq insan qeyri-rəsmi işləyir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə ümumi işçilərin təqribən 37 faizi rəsmi qeydiyyatdan keçməyərək çalışanlardır ki, bu da 9,6 milyon nəfər təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyə Statistika İnstitutunun yaydığı məlumatda deyilir.

2013-cü ilin aprel ayının nəticələrinə görə, Türkiyədə rəsmi işləyən əhalinin sayı 25,7 milyon nəfərdir.

Ölkədə məşğul qadınların 52,6 faizi rəsmi qeydiyyat olmadan işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti