...

Azərbaycanın mobil rabitə operatoru nömrələrin daşınması xidmətini tətbiq edib

Cəmiyyət Materials 1 Avqust 2013 14:04 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) tətbiq edib.
Azərbaycanın mobil rabitə operatoru nömrələrin daşınması xidmətini tətbiq edib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir H. Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) tətbiq edib. Bu barədə cümə axşamı Trend-ə MMC-dən deyiblər.

Şirkətdən bildiriblər ki, hazırda digər operatorların abonentləri Sim kartını və şəxsiyyət vəsiqəsini təqdim etməklə "Bakcell" abonent xidmətləri ofislərinə müraciət edə bilərlər.

"Bakcell" mobil operatoru şəbəkəsində MNP xidmətini pulsuz təqdim edilir. Nömrənin bir nömrədən digər nömrəyə daşınması müddəti 6 gün olacaq.

Digər operatorların şəbəkələrə miqrasiya zamanı SIM kartın əvəz edilməsi tələb olunur. Xidmət Data kartlarda istifadə edilən SİM kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.

Layihənin vacib məqamlarından biri odur ki, abonent digər operatorun şəbəkəsinə yığılmış borc ilə miqrasiya etməsin, əks təqdirdə xidmətdən istifadə etmək mümkün olmayacaq.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti